Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn aprel ayının 21-də Şahbuz Rayon Məhkəməsində vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-dan 12:00-dək davam edəcək.
Vətəndaşlar Şahbuz Rayon Məhkəməsinin əlaqə nömrəsi və elektron poçt ünvanı vasitəsilə (telefon: (036)-543-01-17, elektron poçt ünvanı: contact@shahbuzcourt.gov.az, ünvan: Şahbuz rayonu H.Ə.Əliyev küçəsi) qəbula yazıla bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Qəbula qeydiyyat qəbulun həyata keçiriləcəyi gündən əvvəlki iş günü saat 18:00-da başa çatır.