^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin nəşri olan Bülletenin yeni sayı çapdan çıxıb

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin  Bülleteninin 2025-ci il üçün nəzərdə tutulmuş 2-ci sayı çapdan çıxıb.

Ali Məhkəmənin Bülleteninin yeni nəşri ilə buradan tanış ola bilərsiniz. Məlumat üçün qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Bülleteni 2006-cı ildən nəşr olunmağa başlayıb.

Bülleten ildə 2 dəfə olmaqla hər il nəşr olunur. Bülletenin "Yeni sənədlər, normativ aktlar", "Məhkəmə fəaliyyəti", Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə qərarları", "Nəzəriyyə və hüquqtətbiqetmə problemləri", "Azad tribuna", "Ali Məhkəmənin mətbuat xidmətindən" "Hakim studiyası" başlıqlı sərlövhələrində ölkəmizdə məhkəmə sisteminə aid yeni qəbul olunmuş hüquqi aktlar, məhkəmə fəaliyyətinə dair məlumatlar, müxtəlif hüquqi mövzularla bağlı məqalələr, Ali Məhkəmədə keçirilən tədbirlər barədə geniş məlumatlar oxuculara təqdim olunur.