^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakim təyin olunmuş əməkdaşları ilə görüş həyata keçirilib

 

Azərbaycan Respublikası Prezidentinin 3 mart 2026-cı il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuş Aybəniz Rəhimova, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuş Cahan Bayramova, həmçinin Kəngərli Rayon Məhkəməsinin hakimi təyin olunmuş Türkan Rzazadə ilə görüş keçirilib.

Görüş zamanı çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn yeni təyin olunmuş hakimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Məhkəmə sədri onların fəaliyyətləri barədə məlumat verərək bildirib ki, hər üç hakim Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı olmuşlar. Onların keçmiş fəaliyyətlərində qazandıqları təcrübənin məhkəmə hakimiyyətinin nüfuzunun möhkəmləndirilməsinə və cəmiyyətimizdə ədalət mühakiməsinə olan etimadın daha da artırılmasına töhfə verəcəyinə şübhə yoxdur.

Daha sonra çıxış edənlər yeni təyin olunmuş hakimləri təbrik edərək  onlara gələcək işlərində uğur arzulayıblar.

Sonra yeni vəzifələrə təyinat alan hakimlər çıxış edərək onlara göstərilən yüksək etimad üçün minnətdarlıqlarını bildirib, vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışacaqlarını qeyd ediblər.