2026-cı ilin 19 fevral tarixində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin 2025-ci il ərzində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair geniş tərkibdə iclası keçirilib. İclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov, Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibov, İnzibati Kollegiyanın hakimi Səyyad Kərimov, Mülki Kollegiyanın hakimi Vüqar Həsənov və Kommersiya Kollegiyasının hakimi Raqib Qurbanov, habelə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və muxtar respublikada fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin sədr və hakimləri iştirak ediblər.
İclasdan öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülüb.
İclas Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İclasda çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov ötən ildə məhkəmə-hüquq sahəsində islahatların davam etdirildiyini, bu baxımdan Naxçıvan Muxtar Respublikasında yerləşən məhkəmələrin də daim diqqətdə saxlandığını, geridə qoyduğumuz ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr, sədr müavini, kollegiya sədri və hakim vəzifələrinə təyinatların olduğunu, bütün bu tədbirlərin məhkəmələrdə iş yükünün optimallaşdırılması, vahid məhkəmə təcrübəsinin tətbiqinin genişləndirilməsi, işlərə çevik baxılmasının təşkili, bununla da vətəndaş məmnunluğunun artırılmasına xidmət etdiyini qeyd edib.
İclasın gündəliyinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn 2025-ci ildə Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsi tərəfindən ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi, vətəndаşlаrın hüquq və аzаdlıqlаrının qоrunmаsı, hüquqi maarifləndirmə sаhəsində görülmüş işlər hаqqındа məlumat verib. O bildirib ki, Ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulmuş, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə sisteminin müasirləşdirilməsi, məhkəmələrə əlçatanlığın artırılması və elektron məhkəmə infrastrukturunun tətbiqini özündə ehtiva edən islahatlar hüququn aliliyinin möhkəmləndirilməsinə və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.
Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsini, həmçinin geridə qoyduğumuz ildə Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin fəaliyyətinin 100 ilinin tamam olmasını qeyd edən Məhkəmənin sədri 2025-ci il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş tədbirlər planına uyğun olaraq keçirilmiş silsilə tədbirlər barədə məlumat verib və əlavə edib ki, il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi maarifləndirmə sahəsində diqqətəlayiq işlər həyata keçirilib və keçirilməkdədir. Ali Məhkəmə tərəfindən müxtəlif səpkili elmi-parktik konfranslar, muхtаr rеspublikа məhkəmələrinin sədr və hаkimlərinin iştirakı ilə seminarlar keçirilib, seminarlarda təcrübədə hakimlərin qarşılaşdığı problemlər, onların həlli üsulları müzakirə edilib.
İclasın gündəliyinə uyğun olaraq kommersiya, inzibati, mülki və cinayət kollegiyalarının sədrlərinin müvafiq kollegiyalar tərəfindən 2025-ci il ərzində baxılmış işlər barədə hesabatları dinlənilib.
Hər bir kollegiyanın hesabatına dair geniş müzakirələr aparılıb, birinci instansiya məhkəmələri tərəfindən işlərə baxılarkən yol verilmiş nöqsanlar təhlil edilib, konkret işlər üzrə xarakterik pozuntular qeyd edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn Rəyasət Heyətinin iclasını yekunlaşdıraraq, iclasda və müzakirələrdə iştirakları və səsləndirdikləri dəyərli fikirlər üçün iclas iştirakçılarına təşəkkürünü bildirib.