^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn vətəndaşları qəbul edəcək

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn fevral ayının 24-də Kəngərli Rayon Məhkəməsində vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-dan 12:00-dək davam edəcək.

Naxçıvan Muxtar Respublikasında yerləşən məhkəmələrin icraatında olan işlər üzrə prosessual iştirakçılar və ya maraqlarına toxunan şəxslər Kəngərli Rayon Məhkəməsinin əlaqə nömrəsi və elektron poçt ünvanı vasitəsilə (telefon: (036) 548-01-29, elektron poçt ünvanı: contact@kangarlicourt.gov.az, ünvan: Qıvraq qəsəbəsi) qəbula yazıla bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Qəbula qeydiyyat qəbulun həyata keçiriləcəyi gündən əvvəlki iş günü saat 18:00-da başa çatır.