Ümummilli lider Heydər Əliyevin xatirəsi vəfatının ildönümündə yad edilib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və muxtar respublikada fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin kollektivləri Ulu Öndərin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.