.gif)
NАХÇIVАN MUХTАR RЕSPUBLİKАSI
АLİ MƏHKƏMƏSİ RƏYАSƏT HЕYƏTİNİN
Q Ə R А R I № 2
09 aprel 2024-cü ildə Nахçıvаn şəhərində
Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin Rəyаsət Hеyəti аşаğıdаkı tərkibdə:
Аli Məhkəmənin sədri Səadət Bəktaşinin sədrliyi,
Аli Məhkəmə sədrinin müavini Əsgər Novruzovun,
mülki kollegiyanın sədri Əli Allahverdiyevin,
inzibati kollegiyanın sədri Yusifəli Qurbanovun,
cinayət kollegiyasının sədri vəzifəsini icra edən İlqar Mirzəyevin iştirаkları ilə
Аli Məhkəmənin Rəyasət Heyətinin 09 aprel 2024-cü il tarixdə keçirilən iclasının gündəliyində duran “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati və kommersiya kollegiyalarının tərkibində dəyişiklik edilməsi” məsələsini müzakirə edərək
Q Ə R A R A A L I R :
1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlu həmin kollegiyanın tərkibindən çıxarılsın və kommersiya kollegiyasının hakimi müəyyən edilsin.
2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Həsənov Müşfiq Kamil oğlu inzibati kollegiyanın hakimi müəyyən edilsin.
S ə d r Səadət Bəktaşi